- Transfer
- 22:58 31.10.2024
"Barselona" "İnter"in futbolçusu Lautaro Martinesin transfer ilə bağlı danışıqları bərpa edib.
Corner.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. İyulun əvvəlində danışıqları donduran Kataloniya təmsilçisi yenidən 23 yaşlı hücumçunu almaqda israrlıdır.
Xəbərdə Martinesin iyul ayında 111 milyon avroluq təzminat qiymətinin müddətinin başa çatdığı bildirilib. Ancaq İtaliya klubunun şərtlərini bildirmək də sərbəst olduğu vurğulanıb. "Barselona"nın argentinalı oyunçu üçün bəzi futbolçularını müqaviləyə daxil etməyə çalışacağı qeyd olunub.(qol)