9 may 2026. Şənbə

PSJ-nin kapitanı İngiltərə klubuna keçir


  • Transfer
  • 09:53 24.08.2020
  • Oxunma sayı: 365
PSJ-nin kapitanı İngiltərə klubuna keçir

PSJ-nin kapitanı Tiaqo Silva karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçi “Çelsi” ilə danışıq aparır. 35 yaşlı futbolçu London klubu ilə iki illik müqavilə imzalayacağı bildirilir. Silva yeni komandasına azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, təcrübəli futbolçu 2012-ci ildən PSJ-də oynayır. Silva bu günə qədər Paris klubunda 314 oyun keçirib və 17 qol vurub.







Transfer