- Transfer
- 13:54 26.11.2024
"Bavariya" klubu Çempionlar Liqasını (ÇL) qazanan Filippe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər
Corner.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Arsenal" 28 yaşlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir.
Braziliyalı oyunçu müqavilə ilə "Barselona" ya məxsusdur.
Qeyd edək ki, Koutinyo 2019/2020 mövsümündə "Bavariya"da 37 matçda meydana çıxıb, 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.