Türkiyə millisinin müdafiəçisi Mert Çetin İtaliyada klubunu dəyişib.
Corner.az xəbər verir ki, “Roma”nın 23 yaşlı futbolçusu yeni mövsümdən “Verona”da çıxış edəcək.
O, paytaxt klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb. Bu barədə “Verona”nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, türkiyəli futbolçu 2019-cu ildə “Gənclərbirliyi”ndən “Roma”ya transfer olunub. O, daha öncə “Hacettepe” klubunda da forma geyinib.