- Transfer
- 13:54 26.11.2024
"Barselona" klubunun futbolçusu İvan Rakitiç karyerasını Türkiyədə davam etdirə bilər.
Corner.az-ın məlumatına görə, "Qalatasaray" 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Artıq xorvatiyalı oyunçu ilə danışıqlara başlanılıb. Daha əvvəl futbolçunun "Sevilya"ya qayıdacağı xəbərləri yayılmışdı.
Qeyd edək ki, İvan Rakitiç ötən mövsüm "Barselona"nın heyətində 42 oyuna 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.