26 noyabr 2024. Çərşənbə axşamı

Kamran Ağayevin kənarda qalmasını istəmədik


  • Transfer
  • 17:32 25.08.2020
  • Oxunma sayı: 261
Kamran Ağayevin kənarda qalmasını istəmədik

Azərbaycan millisinin keçmiş futbolçusu Kamran Ağayev "Səbail"ə keçib.

Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

39 yaşlı mütəxəssis 34 yaşlı qolkiperlə 1 illik müqavilə imzalandığını bildirib: "Bu mövsüm bizə kömək etməsə belə, onun kənarda qalmasını istəmədik. Ona görə də təcrübəli qapıçıya yardım etdik. Formasını bərpa edənədək bizimlə olacaq. Tam hazır olduqdan sonra oyunlarda onun xidmətindən də istifadə etməyi düşünürük".

A.Hacıyev Ağayevdən əlavə, heyətə daha bir qolkiper cəlb etmək istədiklərini söyləyib.

Qeyd edək ki, Azərbaycanda "Şəfa", "Turan", "Xəzər Lənkəran", "Bakı", "Qəbələ" komandalarının formasını geyinmiş Kamran Ağayevin son klubu "Keşlə" olub. Milli komandada 78 oyun keçirən qolkiper Türkiyənin "Karşıyaka", "Kayserispor", Portuqaliyanın "Boavişta" və Çexiyanın "Mlada-Boleslav" komandalarında da çıxış edib. O, 1 ildən çoxdur klubsuz idi.(report)







Transfer