7 dekabr 2025. Bazar günü

İbrahimoviç'lə müqavilə bağlamaq istəyirik


  • Transfer
  • 20:04 25.08.2020
  • Oxunma sayı: 315
İbrahimoviç'lə müqavilə bağlamaq istəyirik
“Milan”ın idman direktoru Paulo Maldini Zlatan İbrahimoviçin komandadakı gələcəyi ilə bağlı növbəti açıqlama verib.

Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, isveçli hücumçu ilə yeni müqavilə bağlamağa çalışdıqlarını deyib: “Razılığa gəlmək üçün çox çalışırıq. “Milan” 20 gündən sonra mövsümə başlayacaq. Hazırlaşmaq üçün çox vaxtımız olacağını bilirik. Fikrimiz İbrahimoviçlə tezliklə müqavilə bağlamaqdır. Komandada B, hətta C,  D planlarının olması müsbət haldır. Lakin İbrahimoviç bizim prioritetimizdir”.

Xatırladaq ki, Z.İbrahimoviç bu ilin yanvarında “Milan”a keçib. O, 2019/2020 mövsümünün ikinci yarısından meydana çıxdığı 18 oyunda 11 qol vurub və 5 qolun ötürməsini verib.(qol)





Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır