1 oktyabr 2026. Cümə axşamı

Pedro Qarabağ'a qayıdır?


  • Transfer
  • 14:03 21.01.2019
  • Oxunma sayı: 737
Pedro Qarabağ'a qayıdır?

Qarabağ'ın  baş  məşqçisi Qurban Qurbanov müqavilə ilə PAOK'a məxsus olan sabiq futbolçusu Pedro Enrikenin Ağdam klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Corner.az xəbər verir ki, o, qol.az-a açıqlamasında bu xəbərləri təsdiqləməyib. 46 yaşlı mütəxəssis deyib ki, braziliyalı yarımmüdafiəçi ilə danışıqlar olmayıb və indi də aparılmır.

Qeyd edək ki, P.Enrike mövsümün ilk hissəsini icarə əsasında Astana'da keçirib. O, hazırda Qazaxıstan klubunun düşərgəsindıdir.

Xatırladaq ki, Pedro ötən mövsüm icarə əsasında Qarabağ'ın formasını geyinib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir