- Transfer
- 22:05 10.04.2026
"Neftçi" ilə yollarını ayıran Soni Mustivarın yeni klubu bəlli olub.
Corner.az-ın məlumatına görə, Haitili oyunçu karyerasını Rumıniyada davam etdirəcək. 30 yaşlı yarımmüdafiəçi əsas liqada çıxış edən "Hermanştadt"la iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2018-ci ilin martında "Neftçi"yə keçən Soni Mustivar ötən mövsümün sonunda komandadan ayrılıb. Mustivar bu müddət ərzində 56 oyunda meydana çıxıb və 3 qol vurub.