1 oktyabr 2026. Cümə axşamı

Ronaldo Marcelo'nu Juventus'a aparır


  • Transfer
  • 14:52 21.01.2019
  • Oxunma sayı: 708
Ronaldo Marcelo'nu Juventus'a aparır
Real Madrid'in müdafiəçisi Marcelo bu mövsümün sonunda Juventus'a keçəcək.

Corner.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur AS nəşri məlumat yayıb. İddiaya görə, ötən yay "kral klubu"nu "qoca sinyora"ya dəyişən Cristiano Ronaldo braziliyalı futbolçunu da Turinə aparmağa çalışır. Yaxın dost olan futbolçuların daim bir-biri ilə əlaqə saxladığı və portuqaliyalı superulduzun Marcelo'ya Juventus'a keçməyi məsləhət gördüyü bildirilir. 30 yaşlı oyunçu da yaxın ətrafı ilə söhbətində belə bir keçidin mümkünsüz olmadığını söyləyib.

Qeyd edək ki, Marcelo La Liqanın son 2 turunda ehtiyatda qalıb.Braziliyalının "Real"la 2022-ci ilin yayına qədər müqaviləsi var.(qol.az)





Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir