"Monako” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Atletiko Madrid”in müdafiəçisi Enrike Kayonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Monako” braziliyalı futbolçu üçün 8 milyon avro ödəyib.
“Santos”un yetirməsi olsa da, peşəkar karyerasına “Atletiko”da başlayan Kayo, son illərdə icarə əsasında “Parana”, “Fluminense” və “Qremio”da icarədə oynayıb