26 noyabr 2024. Çərşənbə axşamı

Barselona'nın prezidenti Messi ilə görüşdən imtina etdi


  • Transfer
  • 11:00 29.08.2020
  • Oxunma sayı: 347
Barselona'nın prezidenti Messi ilə görüşdən imtina etdi

"Barselona"nın rəhbərliyi komandanın kapitanı Lionel Messinin başqa komandaya keçə bilməsi üçün güzəştə getmək fikrində deyil.

Corner.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Giyom Balaqe özünün sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, argentinalı futbolçu klubun prezidenti Jozep Mariya Bartomeu ilə görüşmək istəsə də, o, bundan imtina edib.

33 yaşlı hücumçunu komandanın əsas silahı hesab edən rəhbərlik onun yalnız müqaviləsində qeyd olunmuş 700 000 000 avroluq təzminat qarşılığında satıla biləcəyini vurğulayıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Messi 2003-cü ildən bu komandada çıxış edir. Onun İngiltərənin "Mançester Siti" klubuna keçəcəyi gözlənilir.(report)







Transfer