- Transfer
- 13:54 26.11.2024
Yeni mövsümdən Premyer Liqada çıxış edəcək "Lids Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Valensiya"nın futbolçusu Rodriqo Morenonu transfer edib. 29 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb, bu klub tarixinin ən bahalı transferi olub.
İngiltərə mətbuatı "Lids Yunayted"in ispaniyalı futbolçu üçün qarşı tərəfə 30 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, Rodriqo Moreno 2019/2020 mövsümündə "Valensiya"nın heyətində 34 oyun keçirib, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.