7 dekabr 2025. Bazar günü

PSJ Messini transfer etmək istədiyini təsdiqlədi


  • Transfer
  • 13:18 29.08.2020
  • Oxunma sayı: 288
PSJ Messini transfer etmək istədiyini təsdiqlədi

 PSJ klubu "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək üçün ciddi səy göstərəcək. 

Corner.az "Sport.es"ə istinadən xəbər verir ki, Paris təmsilçisinin sahibləri 33 yaşlı hücumçunu almaq istədiklərini təsdiqləyib. Onlar bu keçidə görə pul ayırmağa hazırdırlar. 

Klubun direktoru Leonardo artıq transferin detallarını müzakirə etmək üçün Messi ilə əlavə saxlayıb. 

Qeyd edək ki, Lionel Messi "Barselona"dan ayrılmaq niyyətindədir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. 







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır