10 aprel 2026. Cümə

Çelsi Milan'la qapıçısını dəyişdirmək istəyir


  • Transfer
  • 23:33 29.08.2020
  • Oxunma sayı: 266
Çelsi Milan'la qapıçısını dəyişdirmək istəyir

 "Çelsi" klubu qapıçısı Kepa Arrisabalaqa ilə "Milan"nın qolkiperi Canluici Donnarummanı dəyişdirmək niyyətindədir. 

Corner.az "Football Insider"ə istinadən xəbər verir ki, London klubu artıq qarşı tərəflə danışıqlara başlayıb. "Zadəganlar" 26 yaşlı qapıçı üçün əlavə məbləğin ödənilməsini də istəyir. 

Qeyd edək ki, Canluici Donnarummanın "Milan"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. 

Kepa Arrisabalaqa 2018-ci ilin yayında İspaniya "Atletik"indən "Çelsi"yə 80 milyon avro qarşılığında transfer olub







Transfer