- Transfer
- 17:31 10.04.2026
"Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, London klubu “Vulverhempton”dan Matt Doertini transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Tottenhem” bu transfer üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək.
Qeyd edək ki, M.Doerti 2011-ci ildən “Vulverhempton”da çıxış edirdi.