- Transfer
- 22:58 31.10.2024
Maksimiliano Byankukki əmisi oğlu olan "Barselona"nın kapitanı Lionel Messi haqda danışıb.
Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, o, argentinalı hücumçunun özünə xoşbəxt olacağı klub tapmalı olduğunu deyib:
"Barselona"da xoşbəxt olsaydı, orada qalardı. Artıq orada özünü yaxşı hiss etmir və yeni bir klub tapmaq istəyir. Bu onun haqqıdır. Messini yaxşı oynayan komandada görmək istəyərdim. Seçimlərdən ən yaxşısı "Mançester Siti" olacaq. Digər variant PSJ-dir, amma gözləməliyik. Hara getməsindən asılı olmayaraq, Messi xoşbəxt olacaq".(qol)