13 avqust 2026. Cümə axşamı

Haverts Çelsi'də


  • Transfer
  • 20:32 31.08.2020
  • Oxunma sayı: 337
Haverts Çelsi'də

"Çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsin transferini bitirib.

Corner.az xəbər verir ki, Leverkuzen təmsilçisinin baş məşqçisi Peter Boş "Kicker"ə açıqlamasında 21 yaşlı futbolçunun müqavilə imzalamaq üçün Londona yollandığını deyib.

Britaniya mətbuatı "zadəganlar"ın bu keçid üçün qarşı tərəfə 80 milyon avro təzminat ödəyəcəyini yazıb. Almaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, K.Haverts ötən mövsüm 35 oyunda 12 qol vurub, 8 məhsuldar edib.







Transfer