30 aprel 2026. Cümə axşamı

6 il sonra sabiq klubuna qayıtdı


  • Transfer
  • 17:18 01.09.2020
  • Oxunma sayı: 316
6 il sonra sabiq klubuna qayıtdı

“Barselona”nın futbolçusu İvan Rakitiçin sabiq klubu “Sevilya”ya keçidi rəsmiləşib. 

Corner.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı  yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalayıb. Sevilya bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödəyib. Əndəlüs təmsilçisi gələcəkdə 9 milyon avro da bonus olaraq ödəyəcək.

Xatırladaq ki, Rakitiç 2014-cü ildən “Barselona”da oynayırdı. O, 2011/14-cü illərdə “Sevilya”da çıxış edib.








Transfer