- Transfer
- 17:06 30.04.2026
"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, "Topçular" "Lill"dən Qabriel Maqalyaesi transfer edib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Britaniya mətbuatı "Arsenal"ın 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzaladığını və 30 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsüm Fransa çempionatında 24 matçda 1 qol vurub.