23 oktyabr 2024. Çərşənbə

Boateng rəsmən Barcelona'da


  • Transfer
  • 02:30 22.01.2019
  • Oxunma sayı: 591
Boateng rəsmən Barcelona'da

Sassuolo'nun futbolçusu Kevin-Prince Boateng'in Barcelona'ya keçidi rəsmiləşib

Corner.az kubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi  mövsümün sonuna kimi icarə əsasında Barcelona da oynayacaq.Kataloniya təmsilçisi yayda 8 milyon avro  ödəyərək  qanalı futbolçunu birdəfəlik ala biləcək

İspaniya mətbuatı Barcelona'nın bu transfer üçün 2 milyon avro icarə haqqı ödəyəcəyini yazıb.

Qeyd edək ki, Boateng Milan, Schalke, Hertha, Tottenham və Borussia Dortmund kimi klublarda da forma geyinib.







Transfer