- Transfer
- 22:58 31.10.2024
"Yuventus" klubunun futbolçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirməyə çox yaxındır.
Corner.az "Tyc Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu MLS təmsilçilərindən "İnter Mayami" ilə razılığa gəlib. Argentinalı futbolçu ilə 2 illik sözləşmə nəzərdə tutulub.
İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin rəhbəri olduğu klub bu transfer üçün Turin təmsilçisi ilə danışıqları yekunlaşdırmaq üzrədir. "Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo İquaini gələəck planlarında görmür.
Qeyd edək ki, Qonsalo İquain 2019/2020 mövsümündə "Yuventus"un heyətində 44 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.