- Transfer
- 13:54 26.11.2024
"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, knyazlıq təmsilçisi "Bayer"in hücumçusu Kevin Vollandı transfer edib. 28 yaşlı oyunçu ilə 4 ilik müqavilə imzalanıb.
Fransa mətbuatı "Monako"nun almaniyalı futbolçu üçün 20 milyon avro ödədiyni yazıb.
Qeyd edək ki, Folland ötən mövsüm Leverkuzen təmsilçisi ilə Bundesliqada 27 matçda 10 qol vurub.