İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Seriya A təmsilçisi türk əsilli almaniyalı futbolçu Koray Günteri transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Koray İtaliyanın digər klubu “Cenoa”dan transfer olunub. Amma transferin maddi detalları açıqlanmayıb.
Qeyd edək ki, Günter ötən mövsümdə məhz “Verona”da icarədə oynayıb. O, bu komandanın heyətində 32 oyunda iştirak edib
Əlavə edək ki, “Verona” “Roma”dan digər türk futbolçu Mert Çetini də icarəyə götürüb.