2 iyul 2026. Cümə axşamı

Əfran İsmayılovun yeni klubu


  • Transfer
  • 19:03 03.09.2020
  • Oxunma sayı: 326
Əfran İsmayılovun yeni klubu

Ötən mövsümünün sonunda "Keşlə"dən ayrılan Əfran İsmayılovun yeni klubu bəlli olub.

Corner.az xəbər verir ki, Səbail klubu təcrübəli futbolçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

32 yaşlı yarımmüdafiəçi "dənizçilər"lə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Əfran İsmayılov daha əvvəl "Turan", "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "İnter" və "Sumqayıt" klublarında da çıxış edib. O, Azərbaycan millisinin heyətində 39 oyun keçirib.







Transfer