Fənərbaxça ilə yollarını ayıran Mevlüt Erdinçin yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, 33 yaşlı hücumçu yeni mövsümdən Super Liqada mübarizə aparacaq “Fatih Karagümrük”ə transfer olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlama verilməyib.
Erdinç 2019-cu ilin yayından “Fənərbaxça”da çıxış edirdi. O, bu komandanın heyətində ötən mövsüm Super Liqada 12 oyuna çıxıb. O, Türkiyə kubokunda meydanda olduğu 7 oyunda isə 4 qola vurub.
Təcrübəli futbolçu “Fənərbaxça”dan əvvəl “Soşo”, PSJ, “Renn”, “Sent-Etyen”, “Hannover”, “Genqam”, “Mets”, “Başakşəhər” və “Antalyaspor”da da çıxış edib.