- Transfer
- 17:31 10.04.2026
"İnter" növbəti transferi reallaşdırmağa hazırlaşır.
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Milan təmsilçisi "Roma"nın müdafiəçisi Aleksandar Kolarovla razılığa gəlib
34 yaşlı futbolçu ilə 1+1 il şərtiylə müqavilə imzalayacağı bildirilib. "İnter"in serbiyalı futbolçu üçün "Roma"ya 1,5 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.