- Transfer
- 17:31 10.04.2026
"Neftçi"nin heyətinə daha bir futbolçu cəlb etmək istəyir.
Corner.az "Ajanspor"a istinadən xəbər verir ki, Paytaxt təmsilçisi Fransanın "Le Manş" klubunun malili hücumçusu Şirine Diarraya təklif göndərib.
"Ağ-qaralar"ın 28 yaşlı futbolçuya illik 200 000 avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, Diarra daha əvvəl Fransada "Renn", "İstr", "Oser", "Paris" və "Tur" klublarının da formasını geyinib. 2018-ci ildən "Le Manş"də çıxış edən təcrübəli futbolçu 23 oyunda 3 qol vurub.