- Transfer
- 22:58 31.10.2024
"Barselona" klubuun futbolçusu Lionel Messinin atası Xorxe Messi La Liqa rəhbərliyinə məktub göndərib.
Corner.az yerli mətbuata istinadən xəbər verir ki, o, 33 yaşlı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləni tək tərəfli ləğv etmək ixtiyarında olduğunu bildirib.
X. Messinin sözlərinə görə, argentinalı futbolçunun klubla bağladığı sözləşmədə 2019/2020 mövsümünün sonunda müqaviləni birtərəfli ləğv etmək barədə bənd var və bunun üçün hər hansı təzminat ödənilməməlidir.
Qeyd edək ki, daha əvvəl La Liqa rəhbərliyi Messinin 700 milyon avroluq təzminat məbləği qarşılığında "Barselona"dan ayrıla biləcəyini bildirib.(report)