İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Mauro Kamoranezinin yeni iş yeri bəlli olub.
Corner.az xəbər verir ki, 43 yaşlı mütəxəssis “Maribor” klubunu çalışdıracaq.
Bu barədə Sloveniya klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda, italiyalı mütəxəssis ilə üç illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, keçmiş futbolçu bundan əvvəl Sloveniyanın digər təmsilçisi – “Tabor”u çalışdırırdı.