- Transfer
- 17:06 30.04.2026
"Vulverhempton" "Portu"nun futbolçusu Fabio Silvanı transfer edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Britaniya mətbuatı İngiltərə təmsilçisinin bu transfer üçün qarşı tərəfə 40 milyon avro ödəyəcəyini yazıb
Qeyd edək ki, F.Silva ötən mövsüm Portuqaliya çempionatında 12 matçda 1 qol vurub.