7 dekabr 2025. Bazar günü

Qalatasaray'dan daha iki transfer


  • Transfer
  • 00:11 08.09.2020
  • Oxunma sayı: 366
Qalatasaray'dan daha iki transfer

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" növbəti transferlərini reallaşdırmağa hazırlaşır.

Corner.az DHA-ya istinadən xəbər verir ki, "sarı-qırmızılılar" "Selta"da çıxış edən Okay Yokuşlu ilə razılığa gəlib.

Klubla danışıqları davam etdirən İstanbul təmsilçisi 26 yaşlı futbolçunu icarəyə götürmək istəyir. La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfdən 1,5 milyon avro tələb edir.

"Qalatasaray" bu gün "Stok Siti" klubundan nigeriyalı hücumçu Oqenekaro Etebonu icarəyə götürdüyünü açıqlayıb.

Qeyd edək ki, "Neftçi" ilə "Qalatasaray" arasında oyun sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.







Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır