PSJ-nin futbolçusu Yulian Draksler komandadan ayrıla bilər.
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı yarımmüdafiəçini satmaq niyyətindədir.
Almaniyalı oyunçunun paytaxt klubu ilə hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatır. Drakslerlə "Bayer"in (Leverkuzen) yaxından maraqlandığı bildirilib. Qeyd edək ki, Y.Draksler PSJ-yə 2017-ci ildə "Volfsburq"dan keçib.