10 aprel 2026. Cümə

Roma'dan Bayer'ə


  • Transfer
  • 08:56 09.09.2020
  • Oxunma sayı: 313
Roma'dan Bayer'ə
 “Bayer Leverkuzen” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Roma”nın hücumçusu Patrik Şiki transfer edib.
 
Bu barədə rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
“Bayer” çexiyalı futbolçu üçün “Roma”ya 26.5 milyon avro ödəyib. Bonuslarla birgə bu məbləğin 29 milyon avroya çatacağı bildirilir. Əlavə olaraq, Patrik gələcəkdə başqa bir kluba satılarsa, əldə olunacaq gəlirin 10 faizi “Roma”ya çatacaq.
 
Qeyd edək ki, Şik “Roma”ya 2017-ci ildə “Sampdoriya”dan transfer edilmişdi






Transfer