“Başakşəhər” heyətinə yeni futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Lion'un müdafiəçisi Rafaeli transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb. Braziliyalı sağ cinah müdafiəçisi yeni klubunda “4” nömrəli forma ilə çıxış edəcək.
“Fluminense”nin yetirməsi olan Rafael peşəkar karyerasına 2008-ci ildə İngiltərənin “Mançester Yunayted” klubunda başlayıb və 2015-ci ildən Fransa klubuna transfer olunub.