- Transfer
- 22:58 31.10.2024
"Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Oqhenekaro Etebonu 1 illik icarəyə götürüb.
"Sarı-qırmızılar" nigeriyalı futbolçuya görə İngiltərə təmsilçisinə 675 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən, "Qalatasaray" Etebonu 7.5 milyon avro qarşılığında "Stok Siti"dən birdəfəlik transfer etmək hüququna sahibdir. Oyunçunun yeni klubunda illik maaşı isə 1.2 milyon avro olacaq.
Qeyd edək ki, Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında "Xetafe"də keçirib.