- Transfer
- 23:48 08.05.2026
"Vulverhempton" heyətinə daha bir futbolçu cəlb edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Porto"nun portuqaliyalı yarımmüdafiəçisi Vitor Ferreyranı ( Vitinya) yeni mövsümün sonuna qədər icarəyə götürüb. Vulverhempton 20 yaşlı oyunçunu birədəfəlik almaq hüququna da malikdir.
Qeyd edək ki, "Vulverhempton" Matija Sarkic, Fernando Marcal və Fabio Silvanı transfer edib.