9 may 2026. Şənbə

Mançester Yunayted Koutinyonu istəyir


  • Transfer
  • 17:51 10.09.2020
  • Oxunma sayı: 283
Mançester Yunayted Koutinyonu istəyir

“Barselona”nın futbolçusu Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Corner.az ESPN nəşrinə istinadən xəbər verir ki,  “Mançester Yunayted” 28 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı.

Mövsümü  "Bavariya"da icarə əsasında keçirən braziliyalı futbolçu yenidən Katloniya klubuna qayıdıb. Koutinyonun  daha öncə "Barselona"dan ayrılacağı gözlənilsə də, komandanın yeni baş məşqçisi Ronald Kuman onu heyətdə saxlamaq istəyir. Karyerası ilə bağlı yekun qərarı isə Koutinyonun verəcəyi bildirilir.

Qeyd edək ki, Koutinyo ötən mövsüm Münxen klubunda 24 oyunda 6 qol vurub.







Transfer