- Transfer
- 23:48 08.05.2026
“Çelsi” hücumçusu Mişi Batşuayi ilə müqaviləni yeniləyib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdir.
Müqavilənin ardından belçikalı futbolçu “Kristal Palas”a icarəyə verilib.
Qeyd edək ki, Batşuayi 2016-cı ildən Çelsidə çıxış edir.