7 dekabr 2025. Bazar günü

Milan onu Ayntraxt'a satdı


  • Transfer
  • 10:40 11.09.2020
  • Oxunma sayı: 267
Milan onu Ayntraxt'a satdı
“Ayntraxt” klubu “Milan”dan icarəyə götürdüyü Andre Silvanı birdəfəlik transfer edib.
 
Corner.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
“Ayntraxt” 24 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalayıb. 
 
Qeyd edək ki, “Ayntraxt”  Silvanı 2019-cu ilin sentyabrında icarəyə götürmüşdü. Portuqaliyalı  futbolçu ötən mövsümdə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 37 oyunda 16 qol vurub.
 
“Portu”nun yetirməsi olan təcrübəli hücumçu 2017-ci ildə “Milan”a transfer edilib, 2018/19 mövsümünü isə “Sevilya”da icarədə əsasında çıxış edib. 






Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır