7 dekabr 2025. Bazar günü

Qəbələ braziliyalı futbolçu aldı


  • Transfer
  • 17:25 11.09.2020
  • Oxunma sayı: 293
Qəbələ braziliyalı futbolçu aldı
 “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, “qırmızı-qaralar”  braziliyalı futbolçu Rafael Utziq transfer edib.
 
24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Cənubi amerikalının son klubu “Parana” olub. Sağ cinah hücumçusu mövqeyində də oynayan Rafael 2018-20-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında oynayıb.
 
Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını geyinib.






Transfer

Balerdi ilə iki klub maraqlanır
  • Transfer
  • 17:27 06.12.2025
Balerdi ilə iki klub maraqlanır