- Transfer
- 13:54 26.11.2024
"Atletiko Madrid" klubunun futbolçusu Xose Mariya Ximenes karyerasını İngiltərədə davam etdirə bilər.
Corner.az AS nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" 25 yaşlı müdafiəçi üçün 89 milyon avro təklif edib. "Şəhərlilər" uruqvaylı oyunçudan əlavə 5 milyon avro bonus da ödəməyə hazırdır.
"Atletiko"nun isə bu təklifi nəzərdən keçirəcəyi bildirilir.
Qeyd edək ki, Xose Mariya Ximenesin klubu ilə müqaviləsi 2023-cü ildə başa çatır