- Transfer
- 17:27 06.12.2025
Millimizin futbolçusu Araz Abdullayev karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Corner.az "Ajansspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ölkənin birinci liqa təmsilçisi "Boluspor"la anlaşıb. Razılığa əsasən, millimizin futbolçusu 1+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, A.Abdullayevin son klubu "Qarabağ" olub.