10 aprel 2026. Cümə

Neftçi'nin istədiyi futbolçu Şerif'ə keçdi


  • Transfer
  • 21:37 14.09.2020
  • Oxunma sayı: 308
Neftçi'nin istədiyi futbolçu Şerif'ə keçdi
 “Neftçi”nin transfer siyahısında olduğu iddia edilən Dimitris Kolovosun yeni klubu bəlli olub.
 
Corner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Şerif”ə transfer olunub. Bu barədə Moldova təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Makedoniya təmsilçisi yunanlı futbolçunu “Panatinaikos” klubundan icarəyə götürüb.
 
D.Kolovos karyerası ərzində “Olimpiakos”, “Panionios”, Kiprin “Omoniya”, Belçikanın “Mexelen” və Niderlandın “Villem II” klublarının şərəfini qoruyub.
 
Yunanıstan mətbuatı bir müddət əvvəl Kolovosla “Neftçi”nin də maraqlandığını iddia edirdi






Transfer