“Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi son mövsümdə “Milan”ın şərəfini qorumuş Lukas Bilyanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti və detalları barədə açıqlama verilməyib.
Qeyd edək ki, argentinalı futbolçu 2017-ci ildən “Milan”da çıxış edirdi. L.Bilya bu ilin sentyabrından azad agent idi.