“Başakşəhər” heyətini yeni futbolçu ilə gücləndirib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Seltik”in sol cinah müdafiəçisi Boli Mbombonu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Belçikalı futbolçu yeni komandasında “63” nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, “Brügge”nin yetirməsi olan Mbombo “Sent-Trüden” və “Rapid” (Vyana) klublarının da uğurları üçün çalışıb. O, 2019-cu ildən “Seltik”in formasını geyinirdi.