1 may 2026. Cümə

Napoli Roma ilə razılığa gəldi


  • Transfer
  • 01:14 16.09.2020
  • Oxunma sayı: 305
Napoli Roma ilə razılığa gəldi
"Napoli”nin futbolçusu Arkadiuş Milik karyerasını “Roma”da davam etdirməyə yaxındır.
 
Corner.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” 26 yaşlı futbolçunun keçidi üçün “Napoli” ilə anlaşıb.
 
Razılaşmaya görə, “Roma” polşalı hücumçu üçün “Napoli”yə bonuslarla birlikdə 25 milyon avro ödəyəcək. Paytaxt klubunun Milik ilə danışıqların davam etdirdiyi bildirilir.
 
Qeyd edək ki, 2016-cı ildən “Napoli”nin şərəfini qoruyan Milikin müqaviləsi 2021-ci ilin yayında bitir.






Transfer