- Transfer
- 17:27 06.12.2025
"Səbail" heyətinə yeni futbolçu cəlb edib.
Corner.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi "Sabah"ın müdafiəçisi Arsen Ağcəbəyovu 2020/2021 mövsümünün sonuna kimi icarəyə götürüb.
Qeyd edək ki, Ağcabəyov həm də Azərbaycanın U-21 yığmasının üzvüdür.