“Sevilya” klubundan ayrılan Ever Baneqanın yeni klubu müəyyənləşib.
Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Ərəbistan klubu argentinalı futbolçu ilə 3 illik müqaviləyə imzalayıb. O, yeni klubuna azad agent statusu ilə keçib.
Qeyd edək ki, “Boka Xuniors”un yetirməsi olan Baneqa, karyerası ərzində “Valensiya”, “Atletiko” (Madrid), “Nyuels Old Boys”, “İnter” klublarında da forma geyinib.