- Transfer
- 17:31 10.04.2026
"Dijon" klubunun qapıçısı Runar Aleks Runarsson "Arsenal"a keçməyə yaxındır.
Corner.az-ın "Daily Mail" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı qolkiper London təmsilçisinə 2 milyon avroya başa gələcək. Klub rəhbərliyi Emiliano Martinesin "Aston Villa"ya keçidindən sonra ehtiyat qapıçı mövqeyini islandiyalı qolkiperlə gücləndirmək istəyir.
Qeyd edək ki, Runar Aleks Runarsson 2019/2020 mövsümündə "Dijon"un heyətində 14 oyuna 26 top buraxıb.